24 Fevral 2016 16:15
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq -mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən icra hakimiyyətinin başçısı, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında Azərbaycançılıq ideologiyasının dayandığını bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir.

M.Qurbanlı deyib ki, Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib. Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan M.Qurbanlı qeyd edib ki, bununla Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirəcəyik.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Cavanşir Əfəndiyev və Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova çıxış edərək, Azərbaycandakı multikultural mühitin dünya üçün nümunə olduğunu diqqətə çatdırıblar.

Daha sonra konfrans işini rayon gənclərinin iştirakı ilə panel formatında davam etdirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və müasirlik”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Multikulturalizm siyasəti: beynəlxalq təcrübə və Azərbaycan modeli” mövzularında çıxış ediblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər