24 Fevral 2016 22:53
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Berliner Morgenpost” qəzeti bugünkü sayında şikayətlənir ki, qaçqınların böyük əksəriyyəti 2016-cı ilin yanvarında ölkəyə şəxsiyyəti təsdiqləyən sənəd olmadan gəliblər.

Qəzetə verdiyi müsahibəsində Daxili İşlər Nazirliyinin təmsilçisi bildirib ki, cari ilin ilk ayında federal polisin sərhəddə qeydə aldığı miqrantların təxminən 77 faizinin şəxsiyyətlərini təsdiqləyən lazımi sənədi olmayıb.

Qaçqınların şəxsiyyətini müəyyənləşdirməyin qeyri-mümkünlüyü təhlükəsizlik orqanları, habelə Miqrantlar və Qaçqınlar üzrə Federal İdarə (BAMF) üçün böyük çətinliklər yaradır. “Berliner Morgenpost” qeyd edir ki, gəldiyi ölkənin adı bilinmədiyindən BAMF miqranta sığınacaq verilməsi haqda qərar qəbul edə bilmir.

Almaniya polisi həmkarlar ittifaqının sədri Oliver Malxov sözügedən nəşrə verdiyi müsahibəsində qeyd edib ki, sənədsiz gələn miqrantlar özləri haqda fərqli məlumatlar verməklə bir neçə dəfə qeydiyyatdan keçmə imkanına malikdir. Belə bir vəziyyət Almaniyanın təhlükəsizliyini təhdid altına alır. O.Malxovun sözlərinə görə, qaçqınlar barədə səhih məlumatın yoxluğu, sığınacaq haqda vəsatətin rədd edildiyi halda, onların geri göndərilməsini də xeyli çətinləşdirir.


Müəllif:

Oxşar xəbərlər