13 Mart 2016 12:10
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademiyada keçirilən beynəlxalq səviyyəli konfranslar zamanı alim və mütəxəssislərimiz öz elmi nəticələrini ingilis dilində təqdim etməyi bacarmalıdır.

AMEA-dan verilən məlumata görə, bunu akademiya prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə ingilis dilini öyrənməyin müasir dövrün ən böyük tələblərindən olduğunu vurğulayaraq AMEA institutlarında bu məqsədlə dil kurslarının təşkilinin vacibliyini önə çəkib. A.Əlizadə uzunmüddətli elmi ezamiyyətlər zamanı əldə olunan elmi nəticələr və təcrübələrin hesabat xarakterli broşür şəklində nəşr olunmasının vacibliyini də qeyd edib.

AMEA prezidenti Akademiyada patent xidmətinin təşkili ilə bağlı təcrübənin kifayət qədər olmadığını da deyib. O bildirib ki, müxtəlif patent sahələrini kateqoriya üzrə yaratmaq lazımdır. Akademiyada bu məqsədlə yaradılmış şöbənin əsas fəaliyyəti də məhz patent xidmətini təkmilləşdirməkdir.//Trend


Müəllif:

Oxşar xəbərlər