22 Mart 2016 10:50
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimov martın 23-də “3-cü İdman İctimaiyyəti Mükafatı”-nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya səfərə yola düşüb.

Teleqraf.com Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 3-cü dəfədir ki, keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.

A.Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə, çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı”uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.


Müəllif:

Oxşar xəbərlər