23 Mart 2016 15:33
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

TÜRKSOY, Türkiyənin Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ankara valiliyi ilə böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı sayəsində Ankarada Novruz mərasimləri təşkil olunub.

Teleqraf.com xəbər verir ki, mərasimdə TÜRKSOY-un dəvəti ilə türkdilli ölkələrdən gəlmiş musiqi qruplarının ifaları əsasında geniş konsert proqramı keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TÜRKSOY-un rəhbərliyini və türkdilli ölkələrdən gələn nümayəndə heyətlərini qəbul edib.

Türkiyə hökumət nümayəndələrinin də iştirak etdiyi qəbulda TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən Novruz mərasimlərinin təşkili barədə ümumi məlumat verərək bildirib ki, TÜRKSOY martın 28-də BMT-də, aprelin 1-də isə Vaşinqtonda Novruz konsertləri təşkil edəcək.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.


Müəllif:

Oxşar xəbərlər