Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı xeyli artıb.
Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli əcnəbi də var.
“Şahdağ” Turizm Mərkəzinin satış və marketinq şöbəsindən Teleqraf.com-a bildirilib ki, bayram günlərində mərkəzin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır.
Bu qış mövsümü açılandan bəri mərkəzi, ümumilikdə, 60 mindən çox turist ziyarət edib.