25 Mart 2016 11:40
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkinci Novruz Bayramıdır ki, İvanişvili komandasının Azərbaycan türkünə sayğısızlığı ucbatında Gürcüstanda, Borçalıda-ata yurdumda keçirə bilmirəm. Nə usanan, nə də ruhdan düşən deyiləm. Daha inamlı və daha mübarizəm”.

Teleqraf.com xəbər verir ki, bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli özünün facebook hesabında yazıb. Cəmiyyət sədrinin fikrincə, bəzi şovinist gürcülər Gürcüstan dövlətçiliyinin təhdid mənbəyinə çevrilib: “Birgəyaşayışı təmin edən xəttimizə sadiqik. Gürcüstan iqtidarı isə sağlam əsaslı, mədəniyyətlərin üst qatda olduğu, icma haqqının tanındığı Gürcüstanı istəmirlər. Bu xəta onlarındısa, bədəlini ödəmək də onlarlıqdır. Sağlıq olsun, ən yaxın zamanda Dünya Qarapapaqlarının mənəvi mərkəzi olan müqəddəs Borçalı elində görüşəcəyik”.

Xatırladaq ki, iki ilə yaxındır Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub.

Nemət


Müəllif:

Oxşar xəbərlər