Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin Ağdam rayonunun kəndlərinin artilleriya atəşinə tutması nəticəsində ölən və xəsarət alan mülki şəxslərin adları məlum olub.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, ermənilərin təxribatı nəticəsində Ağdam rayonunda 1 nəfər həlak olub, 15 nəfər yaralanıb.
İcra başçısı qeyd edib ki, yaralananlardan 7 nəfərin xəsarətləri yüngül olsa da, 8 nəfər ağır güllə yarası ilə xəstəxanalara yerləşdirilib.
İcra başçısı bildirib ki, ermənilərin atəşkəsi pozması nəticəsində Ağdam rayon ərazisində ölən mülki şəxs, Əhmədağalılar kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğludur. Onun sözlərinə görə, həmin şəxs ermənilərin Əhmədağalılar kəndindəki məscidi ağır artilleriyalardan atəşə tutması nəticəsində həlak olub.
Erməni təxribatı nəticəsində ağır yaralanan və hazırda xəstəxanalara yerləşdirilən mülki şəxslər isə bunlardır:
1. Fərəcov Hümbət Məhəmməd oğlu - Təzəkənd kənd sakini, 1953-cü il təvəllüdlü.
2. Cəfərov İlqar Hidayət oğlu - Xındırıstan ərazi nümayəndəliyinin Sarıçoban kənd sakini, 1968-ci il təvəllüdlü.
3. Quliyev Fikrət Məhi oğlu - Əfətli kənd sakini, 1968-ci il təvəllüdlü.
4. Hüseynov Cümşüd İslam oğlu - Əfətli kənd sakini, 1962-ci il təvəllüdlü.
5. Heydərov Fərhad Lənkəran oğlu - Qərvənd kənd sakini, 1969-cu il təvəllüdlü.
6. Heydərov Rəşad Qulu oğlu - Qərvənd kənd sakini, 1989-cu il təvəllüdlü.
7. Mustafayev Akif Musa oğlu - yanğınsöndürmə briqadasının manqa komandiri, 1974-cü il təvəllüdlü.
8. Məhərrəmli Pakizə Fərman qızı - Üçoğlan kənd sakini, 2000-ci il təvəllüdlü.