8 Aprel 2016 17:17
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyində 4–6 aprel 2016-cı il tarixində ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, əvvəlcə, qonaqlar nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, FHN Akademiyasının, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Sonra fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə ilə görüş keçirilib. Görüş zamanı əfqanıstanlı gənclərin FHN Akademiyasında təhsil almaları və müvafiq mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili barədə geniş müzakirələr aparılıb.


Müəllif: