22 Aprel 2016 17:11
4 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yaşayan üç qadın Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğluna məktubla müraciət edərək onlara Azərbaycan vasitəsilə üçüncü ölkəyə keçməkdə kömək etməyi xahiş ediblər.


Teleqraf.com xəbər verir ki, bu barədə virtualaz.org-a Cəmiyyətin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərdən biri Azərbaycandan qaçqın düşmüş ermənidir.


"O yazıb ki, ona və ailəsinə Yerevan erməniləri lağa qoyaraq, onları "beşinci kolon” hesab edirlər. Bakı ermənisi olan bu qadının və onun qohumlarının hələ də pasportu yoxdur və bunsuz işə düzəlmək mümkün deyil. Hər üç müraciət etmiş qadın Ermənistandakı vəziyyətindən çox narazıdır. Əlacsızlıqdan onlar bizdən Ermənistanın "Milli qurtuluş hərəkatı”nın rəhbəri Vaan Martirosyan və ailəsi olduğu kimi, Azərbaycana gəlməkdə və üçüncü ölkəyə ötürülməkdə kömək etməyimizi istəyirlər”.


Müraciət edənləri Ermənistanda təhlükəli vəziyyətə salmamaq üçün Novella Cəfəroğölu onların adlarını çəkməyib.


Müəllif:

Oxşar xəbərlər