23 Aprel 2016 10:55
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan MDB ölkələrinə ixrac illik 49,46% artaraq cari ilin yanvar-mart ayları ərzində 117 037,3 min dollara yüksəlib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, MDB ölkələrindən Azərbaycana idxal isə əksinə 35,16% azalaraq 305 250,69 min dollara enib.

Hesabata əsasən ölkə üzrə cəmi ixracın 6,57%-i, idxalın isə 16,72%-i məhz MDB ölkələrinin payına düşüb.

MDB ölkələrindən Belarus, Qazaxıstan, Moldova, Tacıkistan, Türkmənistan, Ukraynaya ixrac artıb, Qırğızıstan, Özbəkistan, Rusiyaya isə azalıb. İdxala gəlincə, yalnız Qazaxıstan, Qırğızıstan üzrə artım, digərlərində isə azalma qeydə alınıb.

Bu müddətdə Rusiyaya ixrac 24,49% azalaraq 46 139,19 min dollar, idxal 38,48% azalaraq 206 171,77 min dollar, Ukraynaya ixrac 20,74% artaraq 3 604,58 min dollar, idxal 51,89% azalaraq 38 525,58 min dollar, Qazaxıstana ixrac 12,35% artaraq 3 396,61 min dollar, idxal 55,27% artaraq 41 203,71 min dollar təşkil edib.

İlhamə ƏBÜLFƏT


Müəllif: