24 Aprel 2016 23:56
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 25-də Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərində qaz kəsiləcək.

Bu barədə Teleqraf.com-a SOCAR-dan məlumat verilib. Məlumata görə, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin axşam saatlarında başa çatacağı bildirilir.


Müəllif: