25 Aprel 2016 18:29
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda aprelin 23-dən istifadəyə verilən 7 saylı marşrut xəttinin hərəkət trayektoriyası açıqlanıb.

“BakuBus” MMC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 7 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar Mərkəzi parkdan (Qış parkı) başlayaraq, Heydər Əliyev sarayı, Kukla Teatrı, Azneft dairəsi, metronun “İçərişəhər” stansiyası, Şəhidlər xiyabanı, metronun “Elmlər Akademiyası” stansiyası, Yasamal Rayon İcra Hakimiyyəti, ASAN xidmət, Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyası, Milli Onkologiya Mərkəzi, metronun “20 Yanvar” stansiyası, Mir Cəlal küçəsi, Göz Xəstəlikləri İnstitutu və Heydər Əliyev məscid-kompleksinin yanından keçməklə 9-cu mikrorayona doğru hərəkət edəcək.

Qeyd edək ki, 7 saylı xətt aprelin 23-dən etibarən fəaliyyətə başlayıb. Avtobuslar səhər saat 06.00-dan axşam saat 23.30-a qədər işləyir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər