1 May 2016 20:50
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Teleqrafcom-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin dəhlizində qapı və mətbəxinin yanar konstruksiyaları yanıb.


Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: