Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının əvvəlinə qədər müayinədən 130 min nəfər keçib.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb.
Müayinədən keçmiş 6921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
Naibə QURBANOVA