11 May 2016 11:58
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Qran Prisinin möhtəşəm və uğurlu keçəcəyinə inanıram".

Bunu Şəhər Halqasının memarı Herman Tilke Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisi ilə bağlı mətbuat konfransında bildirib.

Herman Tilke tədbirin keçirilməsinə 5 həftə qaldığını xatırladıb: "Buna baxmayaraq görəcəyimiz işlər çoxdur. İnanıram ki, "Formula 1" yarışı möhtəşəm və uğurlu şəkildə baş tutacaq. Əlimizdən gələni edəcəyik ki, bu Qran Pri unudulmaz tədbirə çevrilsin.

Bütün işlər vaxtında və plana uyğun gedir. Şübhə etmirəm ki, lazım olan şərait yaradılacaq və hər şey vaxtında hazır olacaq.

Bu işdə əməyi olan hər kəs üzərinə düşən işləri lazımınca yerinə yetirirlər. Bu trekin hazırlanması prosesini hamımız görmüşük. Bakıdakı nəqliyyatı nəzərə alaraq yol kənarındakı beton blokların qoyulması və hasarların çəkilməsi işləri gedir. Bu proses gecələr aparılır".

Memar trasla bağlı bir neçə pilotla söhbət etdiklərini və təhlükəsizliklə bağlı problemin olmayacağını deyib: "Simuliatorda bir sıra dairəni yerinə yetirmiş bəzi pilotlarla söhbətim olub. Onlar səbirsizliklə Bakıya gəlmələrini gözləyirlər və trasla bağlı heç bir problemlər yoxdur.

Təhlükəsizliklə bağlı ən son standartlar tətbiq olunur.

Artıq 1 ildir işlərə start verilib və lazımi istiqamətdə gedir. Sərt döngələrə gəlincə, burada xüsusi təhlükəsizlik bariyerlərindən istifadə edəcəyik. Həmin bariyerlər Amerikadan gətirilib.

Bu bariyerlər artıq digər məkanlarda istifadə edilib və sınaqdan keçirilib. ABŞ-dan əlavə digər ölkələrdə də istifadə edilib. Həmin bariyerlər dar bucaqlı yerlərdə istifadə olunur.

Həmçinin Fransada Lemansda bu bariyerlərdən istifadə ediləcək. Bütün təhlükəsizlik məsələləri müzakirə edilib,bu barədə pilotların da məlumatı var.

Marşallarla da əlaqədar narahatlıq doğuran məsələ yoxdur. Bu məsələdə Bəhreyn Avtomobil Federasiyası ilə əməkdşalığımız var və onlar bizə çox kömək edirlər. Bu səbəbdən bizim marşallar təlim keçmişlər olacaq".

Herman Tilke trasın təhlükəli Qala Qapısı hissəsində baş vermə ehtimalı olan hər hansı qəzaya ediləcək müdaxilələrdən də danışıb: "Bu hissə yarışmanı daha maraqlı edir və dünya miqyasında fərqləndirir. Yarışda ən yaxşı pilotlar bu yerdən keçməyi bacaraanlar sayılacaq.

Qəzaya gəlincə, hər hansı ərazidə xoşagəlməz hadisə yaşanarsa, bizim marşallar bu işin öhdəsindən gəlməyə qadirdirlər".

İlhamə


Müəllif:

Oxşar xəbərlər