Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, mayın 17-də paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.