19 May 2016 18:31
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan Milli Məclisi deputat Mehriban Əliyevanın parlamentə təqdim etdiyi Amnistiya Aktı haqqında qanun layihəsini müzakirə edəcək.

Xatırladaq ki, Amnistiya aktı 10 min məhkumu əhatə edəcək. 3500 məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad olunması təmin olunacaq.

Layihənin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınları, cinayət törədərkən 18 yaşına çatmayanları əhatə edəcəyi bildirilir. Habelə, ondan birinci, ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, yetkinlik yaşına çatmayan əlil övladı olanların yararlanacağı gözlənilir.

Qeyd edək ki, Mehriban Əliyeva indiyə qədər 4 dəfə amnistiya aktının təşəbbüskarı olub.

Hüquq müdafiəçisi Eldar Zeynalov Teleqraf.com-a açıqlamasında bu təşəbbüsə müsbət qiymətləndirib.

Onun fikrincə hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində həddən artıq məhbus var: “Onların ümumi sayı 25 min nəfərdən az deyil. Məhbusların çox olması onların müəssisələrdə qeyri-bərabər yerləşdirilməsinə də səbəb ola bilir. Həmçinin parlament oğurluq və narkotiklə bağlı cəzaları bir qədər sərtləşdirib ki, bu da, məhbusların sayının artması ilə nəticələnib.

Bundan başqa, bildiyiniz kimi qadın koloniyası da var. Son illər qadın müəssisəsində də məhbusların sayında artım müşahidə olunur. Bu mənada amnistiyanın verilməsi lazımdır, vacibdir və yerinə düşərdi. Eyni zamanda həbsxanalarda müəyyən islahatların aparılması da, münasib olardı”.

Nemət


Müəllif:

Oxşar xəbərlər