Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Təsərrüfat obyektlərinin yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq videoseminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminarda Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Akademiyası, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Komanda Mühəndislik, həmçinin Yenidənhazırlıq və İxtisasartırma İnstitutlarının nümayəndələri iştirak ediblər.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov videoseminar iştirakçılarını salamlayaraq belə beynəlxalq tədbirlərin artıq ənənəvi hal aldığını, mühəndis, müəllim və elmi kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib.
Videoseminarda 4-ü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının mütəxəssisləri tərəfindən olmaqla 8 elmi-texniki məruzə dinlənilib və verilən suallar cavablandırılıb.
Naibə QURBANOVA