Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin döviryyəsində təqsirli bilinən Yusif Əliyev, Qara Cəfərov, Binnət Cəfərov, Bayram Əzimov, Ranət Əsgərov, Əli Bayramov, Loğman Muradov, Elnur Həsənov, Vasif Məmmədov və Oktay Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - Ranət Əsgərov, Vasif Məmmədov, Bayram Əzimov, Yusif Əliyev, Oqtay Mehdiyev, Qara Cəfərov, Elnur Həsənov, Loğman Muradov və Ukrayna vətəndaşı Əli Bayramov həbs ediliblər.
Mütəşəkkil dəstənin üzvləri Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli biliniblər. Onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Məhkəmənin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov 9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov