Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com-un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçən prosesdə Telman Xudaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) cəza tətbiq edilib. 3 il sınaq müddəti olaraq məhkəmə zalından azadlığa buraxılıb.
6 vətəndaşa qarşı dələduzluq əməli törədən Telman Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.