Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Ramin Səmədov həmkəndlisi Abbas Xəlilov tərəfindən bıçaqlanıb. Ramin Səmədov xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisə həmkəndlilər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.
Hadisəni törədən Abbas Xəlilov həbs edilib.
Faktla bağlı Goranboy rayon polis şöbəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov