Bakının Nizami rayonunda rus əsilli kişiyə qarşı quldurluq edən şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Dimitri Sokolovun qarşısını kəsib, onu bıçaqla hədələyib və daha sonra içərisində 2400 manat, açar və sənəd olan pulqabısını alıb.
Hadisəni törədən şəxs oradan qaçıb.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Azər Səfərov tutulub.
Hacı Zeynalov