28 Aprel 2017 18:28
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbs edilən Erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanova hökm oxunub.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Marat Ueldanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

"Onun əsl soyadı Qalustyan olub. Bakıda erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”- deyə Bacısı bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər