3 Dekabr 2017 11:42
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həmidov saxlanılıb.

Onun cari ilin iyun-oktyabr ayları ərzində şəhər ərazisində 1 şirniyyat sexindən, 1 həyətyanı sahədən, 2 nəfərin ciblərindən və 4 avtomobildən akkumulyator, pul, geyim və məişət əşyaları oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov