9 Dekabr 2017 12:40
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:38

Daxili İşlər Nazirliyi xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə başlanmış cinayət işi ilə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də tutulub.

Məlumata görə, Orxan Nadirovun barəsində vətəndaşlardan polis idarəsinə şikayət daxil olub. İstintaq nəticəsində məsələyə aydınlıq gətiriləcək. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.

Məlumatda qeyd edilir ki, Orxan Nadirovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib.

İttihama görə, Orxan Nadirov Səbuhi Əliyevi azadlığa çıxardacağına söz verərək, Kənan Əliyev və Mehman Umudodan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyib, aldığı pulu geri qaytarmayıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

***

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun barəsində həbs qətimkan tədbiri seçilə bilər.

Bu barədə Teleqraf.com-a Orxan Nadirovun ailəsindən bildiriblər. Qeyd ediblər ki Orxan Nadirov dünən axşam saatlarında 7-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Günün ikinci yarısında Orxan Nadirovun barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində proses keçiriləcək.

Orxan Nadirovun ittihamı qəbul etmədiyi bildirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər