Bakının Yasamal rayonunda oğurluğa cəhd edilib.
Teleqraf.com xəbər verir ki, rayonu, Əhməd Cəmil küçəsində yerləşən “OBA” marketdən ərzaq məhsulları oğurlayıb qaçmaq istəyən şəxs mühafizə polisi tərəfindən yaxalanıb.
Həmin şəxs Salyan rayon sakini, 1977-ci il təvəllüdlü Qabil Nuralıyevdir. O, ərazi üzrə 28-ci polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.