Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 5-dən 18-dək olan müddətdə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanıb.
Baş verən oğurluq hadisəsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə məlumat verilib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub.
Faktla bağlı araşdırma aparılır.