Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, məhkum Vüqar Sultanovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Neftçala rayon sakini Cabbar Sultanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı qış gödəkçəsinin yan ciblərinin iç tikiş hissələrində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 5,227 qram olan narkotik vasitə - “Marixuana” aşkar edilib.
Qeyd edək ki, Vüqar Sultanov Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı araşdırma aparılır.