2 Sentyabr 2014 12:04
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru polisi narkotik əməliyyatında rekorda imza atıb.

Teleqraf.com-un Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, təxminən 8,5 ton ağırlığında olan kokain, xüsusi geyimli polislər tərəfindən paytaxt Limada saxlanılıb.

Peru daxili işlər naziri Daniel Urresti bildirib ki, ələ keçirilən narkotikin İspaniya və Belçikaya göndərilməsi planlaşdırılıb. Amma keçirilən əməliyyat nəticəsində cinayətkarların bu istəyi alınmayıb. Cinayət işi ilə əlaqələri olduğu müəyyənləşən 6 Peru və 2 Meksika vətəndaşı şübhəli şəxs kimi saxlanılıb.

Xatırladaq ki, Peru 2012-ci ildən dünyada kokainin ən çox istehsal olunduğu ölkədir.

Samir


Müəllif:

Oxşar xəbərlər