Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, məktəb rəhbərliyi Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib.
Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb.
O, ifadəsində oğurluq etdiyini etiraf edib.
Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Hüseyn Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.