30 Aprel 2019 22:05
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin Kartal qəsəbəsində yaşayan müəllim ərindən ayrılandan sonra intihar etmək istəsə də cəhdləri uğursuz alınıb.

Teleqraf.com xəbər verir ki, qadın özünü öldürmək üçün 5 min TL-yə (təxminən 2500 manat) killer tutub. Killer öncə qadını boğaraq öldürmək istəyib, amma qurbanın əziyyət çəkdiyi üçün əllərini boğazından çəkib.

Tanju.D adlı qatil görəvi icra etmək üçün əlini tapançaya atıb və sifarişi icra edib.

Qeyd olunur ki, İlkay Sivaslı adlı qadın 19 ildir müəllimlik edir. O, 10 il evli olub. Boşandıqdan sonra intihara cəhd edib, amma bunu icra etmək üçün özündə güc tapmayıb. O, 24 gün öncə internetdə 5 min lirəyə killer tapıb.

İlkay Sivaslı killerdən onu dostlarının yanında öldürməməsini xahiş edib. Amma killer bir neçə dəfə əlinə fürsət düşsə də qadını öldürməyib.

Müəllim ona "niyə öldürmürsən, nəyi gözləyirsən" deyə killeri sifarişi yerinə yetirməyə təhrik edib. İddiaya görə, qatil müəllimə aşiq olduğu üçün onu öldürmək istəməyib. Amma qadın killerdən onu öldürməsini israrla tələb edib.

Aprelin 21-də qadının evinə gedən killer öncə onu boğub, amma qurbanın acı çəkdiyini görüncə əllərini boğazından çəkib və silahla işini bitirib.

Qatil güllə ilə yaraladığı qadının telefonundan təcili yardıma zəng edərək kömək istəyirb. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Tanju D. həbs edilib.


Müəllif: Teleqraf.com