Bakının Nizami rayonunda quldurluq edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakinləri Əlisahib Dünyamalıyev və Şamil Quliyev naməlum şəxslərin hücumuna məruz qalıblar. Onların 64 manatını və mobil telefonunu quldurluq yolu ilə talanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Orxan Məmmədov, Ucar rayon sakini İsmayıl Hüseynov və Astara rayon sakini Şamxal Şahverdiyev tutulublar.
Hacı Zeynalov