7 Dekabr 2019 18:10
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Aydın Quluzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 16-na təyin olunub.

İttihama görə, Xəzər rayonunun Binə qəsəbəsində Aydın Quluzadə 2002-ci il təvəllüdlü Azər Quliyevi bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Azər Quliyev xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Onların arasında pul borcu üstündə mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və sonda qanlı olay baş verib.

İstintaq orqanı tərəfindən Aydın Quluzadənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov