13 Dekabr 2019 12:37
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda qətl törətməkdə təqsirləndirilən Taleh Mürsəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

İttihama görə, bu ilin avqustun 16-da Xaçmazın Nabran kəndində 55 yaşlı Tərlan İbrahimov başından mişar daşı ilə zərbələr alaraq qətlə yetirilib.

İlkin araşdırma zamanı Tərlan İbrahimovun Dalğalı kənd sakini Taleh Mürsəlov tərəfindən qətlə yetirildiyi məlum olub. O, şübhəli şəxs qismində tutulub.

Məlum olub ki, psixoloq kimi fəaliyyət göstərən Tərlan İbrahimov Bakıda yaşayıb.

O, hər il Nabranda istirahət etmək üçün ev icarəyə götürüb.

Hadisə baş verən günü axşam Tərlan İbrahimov içkili olan Taleh Mürsəlova yaxınlaşıb və yaşca böyük kimi, ona özünü alkoqolla məhv etməməyi tövsiyə edib.

Onun bu xoş məsləhəti Taleh Mürsəlovun qəzəbinə səbəb olub. Taleh Mürsəlov əvvəlcə psixoloqun baş nahiyəsinə yumruqla vurub, daha sonra yaxınlıqda mişar daşı taparaq qurbanının başına bir neçə ağır zərbə endirib.

İstintaq orqanı tərəfindən Taleh Mürsəlovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov