11 Noyabr 2020 13:57
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Neftçilər prospektində Bakı şəhər sakini A.Alıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Məsmə Alıyevanı və nəvəsi Turanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın ölüb, nəvəsinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov