Rusiyada rəsmi sənədləri saxtaşaldırmaqda ittiham olunan azərbaycanlı həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi (rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama, satma) ilə axtarışda olan Mahir Məmmədov saxlanılıb.
Onun barəsində tədbir görülməsi üçün Şəki Rayon Polis Şöbəsinə təhvil verilib.
Hacı Zeynalov