Ukrayna Gürcüstan və Ermənistandan olan 10 kriminal avtoriteti ölkədən deportasiya edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ölkədən çıxarılan şəxslər əvvəllər də, deportasiyaya məruz qalıblar və onların Ukrayna ərazisinə girişi qadağandır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ümumilikdə 668 kriminal avtoritetə qarşı müddətsiz sanksiya tətbiq edib.