Bakının Binəqədi rayonunda dilənçiliklə məşğul olanlara qarşı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsi, Post Patrul Xidməti Bölüyü və 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 5 qadın və 5 azyaşlı saxlanılıb.
Saxılanılan şəxslərin barəsində inzibati protokol tərtib olunub. Onlar yaşadıqları rayonlara göndərilib.
Hacı Zeynalov