Bakının Binəqədi rayonunda oğurluq edən azyaşlı həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 22-nə keçən gecə P.Dadaşov küçəsində yerləşən tikintidən Vüsal Məmmədova məxsus iş alətlərini oğurlamaqda, dekabrın 5-də saat 00:30 radələrində, Atatürk prospektində yerləşən şadlıq sarayının ərazisindən təmir-bərpa cihazlarını soyğunçuluq yolu ilə ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Cahid Namazzadə, İsmayıllı rayon sakini 1997-ci il təvəllüdlü Əziz Məmmədov və Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Elvin Nəsirov tutulub.
Hacı Zeynalov