10 Dekabr 2014 13:32
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Elçin Lazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Saatlı rayon sakini 1987-ci il təvəllüdlü Rəvan Əliyev Nizami rayonunda öldürülüb. Bu ilin aprelin 23-də baş verib. Rəvan Əliyev qayınatası Elçin Lazımov tərəfindən qətlə yetirilib. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Qətl Rəvan Əliyevin işlədiyi “Mil” kafesində törədilib.

Elçin Lazımov “Azəriqaz”ın əməkdaşıolub. Qətl yerindən qaçmağa belə cəhd etməyən qatil kafenin yanında sakit durub polisin onu aparmağa gəlməsini gözləyib.

Məlumdur ki, qətldən bir müddət öncə Rəvan Əliyev və Elçin Lazımov çay süfrəsi arxasında söhbət ediblər. Aydın olub ki, Elçin Lazımovun qızı ilə cəmi bir ildir ailəli olan Rəvan arasında münaqişə olub.

Nəticədə Elçin Lazımovun qızı ər evindən gedib. Bu məsələ atanı çox qəzəbləndirib, ona görə də məsələyə aydınlıq gətirmək üçün kafeyə gəlib və qanlı cinayəti törədib. Elçin Lazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Elçin Lazımovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses dekabrın 11-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər