Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nigar Həşimova vurulub.
Nəticədə piyada hadisə yerində ölüb. Nigar Həşimovanı vuran sürücü daha sonra hadisə yerindən qaçıb.
Hazırda sürücünün müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov