18 Mart 2023 13:57
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmə xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov deyib.

O bildirib ki, qeyd olunan hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər: “Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını alıb. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır”.

“Araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir”, - DİN rəsmisi vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər