“Muğanbank” ASC-nin “Şərq” filialını soymağa cəhd göstərənlər yaxalanıb.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 29-da saat 01 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstərmiş Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 26-cı polis bölməsinə təhvil veriliblər.
“Şərq” filialında quraşdırılmış videokameralara baxış zamanı Ə.Bədəlovun və K.Bakirovun “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd göstərənlər olması da müəyyən edilib.
Hacı