17 Yanvar 2015 15:13
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avtomobillə vurulma nəticəsində iki piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 16-da saat 10 radələrində Şəki rayonunun B.Vahabzadə küçəsində şəhər sakini Taleh Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yanvarın 16-da saat 16 radələrində Bərdə şəhərinin Koroğlu küçəsində rayon sakini Pərvin Şərifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Həsənovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: