Silahlı şəxs ad günündə 3 nəfər öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Fransada baş verib.
50 yaşlı kişi qonşusunun ad gününü yasa çevirib. Atışma zamanı ad günü olan gənc, onun atası və bir qonaq ölüb, 4 nəfər isə yaralanıb. Daha sonra isə silahlı şəxs intihar edib.
Qeyd edilir ki, hadisəyə səbəb qonşunun ad gününə çağırılmaması olub.