18 Mart 2015 16:16
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1982-ci il təvəllüdlü Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Etibar Əliyev barəsində 7 il müddətinə azadlıqdan məhrum edilib. zamində olan Etibar Əliyev məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Etibar Əliyev Bakıda bir neçə şəxsin nüfuzunu qazanıb. O, kirayəyə götürdüyü məişət əşyaları sataraq dələduzluq edib.

Hacı Zeynalov


Müəllif: