13 Aprel 2015 12:01
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakıda minik avtomobilinin avtobusla toqquşması nəticəsində baş verən ağır yol qəzasında 4 nəfər ölüb. Onlardan 3-ü bir ailənin üzvləridir.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 12-i saat 23:40 radələrində, Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Qabil Ələkbər oğlu Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla paytaxt sakini 1980-ci il təvəllüdlü Vidadi Söyün oğlu Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində V.Sərdarov, sərnişinləri - qardaşı, 1988-ci il təvəllüdlü Etibar, 1963-cü il təvəllüdlü İlqar Nizami oğlu Orucovlar və oğlu 1990-cı il təvəllüdlü Elçin hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsində araşdırma aparılır.


Müəllif: