Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Etibar Mehdiyev yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Etibar Mehdiyev mübahisə edəndən sonra şüşə parçası ilə qol nahiyəsinə xəsarət yetirib.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirlib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Hacı Zeynalov