5 Avqust 2015 18:11
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini Kənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Kənan Əzimov 5 avqust 2014-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsinin ərazisində tanımadığı şəxsdən 0,232 qram narkotik vasitə olan heroini 20 manata alıb. O, həmin gün Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis şöbəsinin inzibati binasına gətirilən Kənan Əzimovun üstünə baxış keçirilib. Baxış zamanı ondan 0,232 qram çəkidə heroin aşkar edilərək götürülüb.

Kənan Əzimov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinib və Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.

Hökmdən narazı qalan Kənan Əzimov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Kənan Əzimovun cəzası 1 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər